“Vətən Müharibəsi Qəhrəmanı” adının hansı qaydada veriləcəyi müəyyənləşdi
01 dekabr 2020 18:00 (UTC +04:00)

“Vətən Müharibəsi Qəhrəmanı” adının hansı qaydada veriləcəyi müəyyənləşdi

0

“Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Prezidentinin öz təşəbbüsü ilə və ya Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti  tərəfindən  irəli sürülmüş vəsatətlərə əsasən veriləcək. 

APA-nın məlmatına görə, bu, Prezidennt İlham Əliyevin imzaladığı  “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb. 

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Prezidentinin aktı təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2764

Oxşar yazılar